Modern.az

YUNESKO ermənilərin daha bir plagiatlığını ifşa etdi

YUNESKO ermənilərin daha bir plagiatlığını ifşa etdi

3 Dekabr 2015, 13:34



Ermənistanın YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına təqdim edilən “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsində qəbul edilməyib.

Modern.az Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Namibiyanın Vindhuk şəhərində YUNESKO-nun həmin komitəsinin 10-cu sessiyasında  qurumun irs siyahısına düşmək üçün hər ölkə tərəfindən müxtəlif mədəni nümunələr təqdim edilib.

Ermənistan tərəfinin təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb və geri qaytarılıb.

Bunun əsas səbəbkarı isə tədbirdəki Azərbaycan nümayəndə heyəti olub. Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı qiymətləndirmə orqanının rəyinin və komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib. Nəticədə ermənilərin plagiat olaraq təqdim etdikləri nümunə geri qaytarılıb.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu