Modern.az

Vəkili Taleh Bağırzadə ilə görüşə bilmədi

Vəkili Taleh Bağırzadə ilə görüşə bilmədi

4 Dekabr 2015, 12:20


“Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin vəkili onunla görüşə bilməyib. Bu haqda Modern.az saytına məlumat verən vəkil Cavad Cavadov səbəb olaraq hüquqi prosedur mərhələsinin getdiyini əsas gətirib:

“Hüquqi proses, sənədlərin çatdırılması yekunlaşmadığından müvəkkilimlə görüşə bilməmişəm. Onu ancaq məhkəmədə görüşmüşəm. İndiki mərhələdə onun səhhəti, saxlanma şəraiti ilə bağlı açıqlama verə bilmirəm. Çünki Taleh Bağırzadə ilə görüşməmişəm”.

Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi” adı altında qanunsuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranan qarşıdurma nəticəsində 2 polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb.

Saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi