Bakıda Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 12-ci iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda komissiyanın sədrləri Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika və ekologiya naziri Vladimir Şkolnik hökumətlərarası saziş və protokolları imzalayıblar.
Sənədlərin imzalanmasından sonra komissiya sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Natiq Əliyev ölkələr arasında iqtisadiyyat, nəqliyyat, tranzit yükdaşımaları, aqrar sənaye, kənd təsərrüfatı kimi sahələrin inkişafının müsbət istiqamətdə getdiyi bildirilib. O, 2016-cı ilə Qazaxıstanın Aktau liman-şəhərində Azərbaycana məxsus yeni logistik mərkəzin açılacağını və Azərbaycana aid məhsulların həmin mərkəzdə qorunub saxlanacağını da əlavə edib.
Natiq Əliyev dünyada baş verən ümumi iqtisadi böhran səbəbindən neftin və qazın alınması və satılmasının zəifləməsi səbəbindən bu sahədən əldə olunan gəlirlərin azalmasına baxmayaraq Qazaxıstanla iqtisadi əlaqələrdə hələ də potensialın mövcud olduğunu xüsusi vurğulayıb.
Ağa Akifoğlu