Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.
***
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, faktı Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.
Məlumata görə, C.Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.
Məlumata görə, sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur...
Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.
Modern.az