“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın ərazisində aparılan xilasetmə tədbirləri nəticəsində daha bir neftçi xilas edilib. Modern.az saytı hadisə ilə bağlı yaradlan qərargaha istinadən xəbər verir ki, bununla da xilas edilənlərin sayı 33 nəfərə çatıb. Hazırda əməliyyat davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl verilən məlumata görə 32 nəfər xilas edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.
Modern.az