Modern.az

Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu

Təhsil

6 Dekabr 2015, 11:21


Xəzər dənizindəki "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində insan faciəsinin yaşanması ilə əlaqədar Azərbaycanda bir günlük matəm elan olunub.

Modern.az saytı xəbər verir ki, prezident İlham Əliyevin qərarı ilə baş verən faciə, yaşanan insan itkisinə görə 6 dekabr tarixi Azərbaycan Respublikasında matəm günüdür.

Matəmlə əlaqədar Azərbaycan Respublikası ərazisində və ölkəmizin xaricdəki diplomatik korpuslarında asılan dövlət bayraqları yarıya qədər endirilib. Radio və televiziya kanallarına əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur.

Qeyd edək ki, dekabrın 4-də Xəzərdəki "Günəşli” yatağında baş vermiş qəzada 32 nəfər xilas olulubb, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

Hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb cinayət işi açılıb. Qəzada itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi