Modern.az

İranda “donuz qripindən“ 33 nəfər öldü

 İranda “donuz qripindən“ 33 nəfər öldü

Dünya

7 Dekabr 2015, 22:37

 

İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb. Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.

Onun sözlərinə görə, 28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.

"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi