Dekabrın 7-si səhər saatlarından dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Modern.az saytı xəbər verir ki, artıq hərraclarda neftin qiyməti kritik səviyyəyə - 40 dollara yaxınlaşıb. Brent markalı neftin qiyməti 2,30 dollar (5 %-dən də çox) ucuzlaşıb. Belə ki, hazırda bu markalı neftin bir barreli 40,70 dollardan satılır.
WTI markalı neftdən də xoş xəbər yoxdur. 5,88% ucuzlaşma ilə WTI-nin bir barrelinin qiyməti 37,60 dollarda qərarlaşıb.
Modern.az