Sosial şəbəkələrdə Salyan rayonu İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun məktəblilərin müşayiətilə görüntülənən fotoşəkli yayılıb. Şəkildə əks olunmuş mənzərə icra başçısını ciddi qınaq obyektinə çevirib.
Hətta bir çoxları onu “kral” adlandırarıb, Şimali Koreyanın diktator rəhbəri ilə müqayisə etməkdən belə, çəkinməyib.
Modern.az saytı həmin şəkilləri təqdim edir.
Tahir Kərimov Salyan bölgəsindən çox uzaqlarda doğulub. Tahir Abuzər oğlu Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunu bitirib. 17.01.1979-18.10.1979-cu illərdə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 31.10. 1979 -22. 11. 1981-ci illərdə hərbi xidmətdə olub. 22. 11. 1981 – 17. 09. 1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, 3-cü dərəcəli çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 17. 09. 1989 – 22. 08. 1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 12. 09. 1991 – 22. 08. 1995-ci illərdə «Ümid» İstehsalat Assosiasiyasının Prezidenti olub. 22. 08. 1995 – 29. 03. 2001-ci illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 03. 04. 2001 – 30.12. 2002-ci illərdə «Caspian Fish» LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 01. 01. 2003-16. 02. 2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib. 6. 02. 2006 – 18. 02. 2011-ci illərdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
2011-ci il fevralın 18-də Prezidentin sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Salyanın icra başçısı Tahir Kərimovun fəaliyyəti barədə də birmənalı rəy yoxdur. Son vaxtlar Salyanda narazıların kütləvi şəkildə səsi eşidilməkdədir.
Bəlkə də Gül bayramında lentə alındığı bildirilən bu fotoşəkillərdə icra başçısı məktəblilərin çələngu altından keçməklə fəaliyyəti barədə söylənilənləri təsdiqləmiş olur...
Modern.az