Modern.az

SABAHın sabahı

SABAHın  sabahı

Təhsil

8 Dekabr 2015, 12:22

Cəsarət VALEHOV

Üç gün öncə keçirilən ali təhsil müəssisələri tələbələrinin SABAH forumu artıq geridə qaldı. Üslubuna, maraq kəsbetmə formasına görə tamamilə fərqli auditoriyası olan SABAH forumu hansı keyfiyyət meyarları ilə yadda qalacaq?  Forumun açılışında təhsil naziri Mikayıl Cabbarov tələbələrə dəyərlərə sahib olmağı, çevik düşünməyi, təkcə biliyə deyil, həm də bacarıqlara, çoxdilli alətlərə yiyələnməyi və təhlil-tərkib etməyi tövsiyə etdi.

Tədbirin ikinci günü paneldə çıxış edən qonaqlar (DNF-nin icraçı direktoru Şahmar Mövsümov, “ASAN xidmət”in rəhbəri İnam Kərimov, millət vəkili Fuad Muradov və iş adamı Anar Əligülov) tələbələrə çoxdilli mühitdə işləmək, komandada çalışmaq, sinerji gücünü  öyrənmək və ilk növbədə vətəndaş olmaq dəyərindən danışıblar. SABAH formulu  isə bunlara çatmaqda yeni bir alət və imkan kimi dəyərləndirilməlidir. SABAH  tələbələrə təkcə tədris alətlərini deyil, həm də sosialaşmaq təcrübəsini, universitet həyatının ayrılmaz və dinamik parçası olmaq imkanlarını verir. Tələbə klubları, akademik səfərlər, interaktiv  komanda oyunları tələbənin universitetdə arzuladığı ən yaxşı mühitdir ki, SABAH fəlsəfəsi də buna zəmin yaradır.

Ali təhsilimizin  SABAH fəlsəfəsi gələcəkdə  hansı keyfiyyət dəyişiklikləri yaradacaq? sualı həm də perspektivdə universitetlərimizin qarşısına yeni məqsədlər qoyur. Bunlar hansılar ola bilər? Aşağıda qeyd etdiklərim SABAH forumu zamanı gəldiyim qənaətlərdir.


universitetlərimizdə  rəqabətədavamlı intellektual resursların toplanması;

rəqabətədavamlı tədqiqat universitetlərinin milli şəbəkəsinin inkişafı;

ali təhsil xidmətlərinin yüksək keyfiyyətinin təmin edilməsi;

ali təhsil sahəsində səmərəli rəqabətli mühitin formalaşması;

ən yüksək dünya standartlarına uyğun ali təhsilin idarəolunması sisteminin müasirləşdirilməsi;

universitet sektoru, biznes və ictimaiyyət arasında əməkdaşlığın fəallaşması;

beynəlxalq akademik proqramlar üzrə ölkə universitetlərində dərs deyəcək əcnəbi müəllim  heyətinin  cəlb olunması;

Azərbaycan alimlərinin elmi nəticələrini dərc etdirmə fəallığının artırılması (meyar – milli tədqiqatçıların nəşrlərinin sayının çoxalması, o cümlədən, universitet sektorunu elmi jurnallarda təqdim edən, Scopus, Web of science elmi məlumatlar bazalarında indeksə salınan alimlərin nəşrlərinin sayı daxil olmaqla);

Ali təhsilə, o cümlədən universitet tədqiqatlarına sərf olunan, ümumi xərclərin səmərəliliyinin  artırılması (həm dövlət, həm də özəl xərclər daxil olmaqla);

Universitet - biznes-ictimaiyyətlə əməkdaşlıq nəticəsində tədqiqat layihələrin sayının çoxalması.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi