Modern.az

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

9 Dekabr 2015, 11:29

Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasının gündəliyi məlum olub. Bu haqda Modern.az-a açıqlama verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 41 məsələ daxil edilib. Onun sözlərinə görə, bu məsələlərin bir neçəsi hökümətlərarası və dövlətarası sazişlərin təsdiqi ilə bağlıdır: “Bir çox qanunlara dəyişiklər nəzərdə tutulub. “Sərhəd Qoşunları haqqında”,  “Notariat haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında”, “Dövlət rüsumu haqqında”, Gömrük tarifi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, Milli Məclisin komitələri haqqında qanunlara və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilməsi nəzərdə tutulub”.

Bundan başqa, gündəliyə İnzibati Prosessual Məcəlləsi, Torpaq Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklər təklif olunub. “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi isə ilk dəfə parlamentdə müzakirə ediləcək.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama