Modern.az

Əli Hüseynli Milli Məclisdəki yeniliklərdən DANIŞDI

Əli Hüseynli Milli Məclisdəki yeniliklərdən DANIŞDI

10 Dekabr 2015, 12:18

Milli Məclisin Daxili Nizamnaməsinə ediləcək dəyişikliyə əsasən, artıq bir deputat bir neçə komitədə təmsil olunacaq. Belə ki, Milli Məclisin yeni tərkibdə ilk iclası zamanı komitələrin sayı 11-dən 15-ə artırıldı. Təbii olaraq yeni yaradılan 4 komitədə də deputatların təmsil olunması digər komitələrdə onların sayının azalması ilə nəticələnib. Lakin artıq yeni dəyişikliklə bir deputat bir neçə komitənin üzvü ola biləcək.

Bu haqda Modern.az-a açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, digər ölkələrin parlamentlərində belə təcrübə var:

“Məlumdur ki, hazırda parlamentdə fəaliyyət göstərən komitələrin sayı artıb. Belə bir dəyişiklik imkan verəcək ki, bir deputat digər komitədə də təmsil olunsun. Beləliklə, bir sıra sahəvi komitələrdə deputatların sayı da çoxalacaq. Əslində bu deputatların sahəvi maraqlarını təmin etmək məqsədi daşıyır. Milli Məclisdə həm də yeni komitələr yaranıb və say çoxalıb. Bu dəyişiklik yaranan bir sıra problemləri həll etməyə yönəlir. Çünki böyük sahəvi komitələrdə deputatların sayı azalmışdısa, indiki dəyişiklik imkan verəcək ki, digər kiçik sahəvi komitələrin üzvləri burada da olsunlar.

Ümumiyyətlə, belə dəyişiklik deputatların iş şəraitinə çox müsbət təsir edəcək”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama