Modern.az

“Bank sektorundakı vəziyyətlə bağlı xüsusi iclas keçirlməlidir”

“Bank sektorundakı vəziyyətlə bağlı xüsusi iclas keçirlməlidir”

11 Dekabr 2015, 15:55


Deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bank sektorundakı vəziyyətin müzakirəsini təklif edib.

Modern.az-ın verdiyi  xəbərə görə, deputat komitə sədri Ziyad Səmədzadəyə müraciət edərək bildirib ki, bank sektorunda problemlər artdığından bunun aradan qaldırılması üçün yaxın vaxtlarda xüsusi iclas keçirilsin: “Bank sektorunda fevral devalvasiyasından sonra problemlər yaranıb və uzun müddətdir davam edir. Bu problemlərin həlli üçün hökumət işə qarışmalıdır. Təklif edirəm ki, bank sistemindəki problemlərin aradan qaldırılması üçün xüsusi sistem işlənib hazırlanmalı və məsələlər öz həllini tapmalıdır”.

Deputat ikinci təklifinin sənaye sahəsində iş yerlərinin çoxaldılması ilə əlaqədar olduğunu bildirib: “Bu gün sənaye sahəsində vəziyyət ürəkaçan deyil. Azərbaycanda böyük sənaye müəssisələri yoxdur. Sovet dövründə olan müəssisələr də dağıdılıb. Biz hər zaman qeyri-neft sektorunun inkişafı ilə əlaqədar fikirlər səsləndiririk. Amma bu gün bu sahənin inkişafı görünmür. Qeyri-neft sektorunda irəliləyişlərə nail olmamışıq. Ona görə rəhbərliklə razılaşdırılsın, bununla bağlı xüsusi iclas keçirəcək. Əgər keçirilməsə, fikirlərimi parlamentin iclasında səsləndirəcəyəm”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama