Dünya bazarlarında bu gün neft yenə ucuzlaşmaqda davam edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, OPEK-in neft hasilatını artıracağı qorxusu birjalarda narahatlıq yaradıb və Brent markalı neftin 1 barelə görə 39,16 dollara qədər ucuzlaşmasına səbəb olub.
Bu 2008-ci ilin dekabrından qeydə alınan ən aşağı qiymətdir.
WTI markalı neftin qiyməti isə Nyu-York birjalarında 36,35 dollara qədər geriləyib.
Beynəlxalq Energetika Agentliyi neftin qiymətinin ən azı 2016-cı ilin sonlarına qədər bu vəziyyətdə qalacağına proqnoz verir. Agentlik bunun səbəbi kimi dünyaya neftə olan tələbatın azalması və OPEK-in əksinə neft hasilatını artırması ilə bağlıdır.
Treyderlərin əksəriyyəti neftin gələn həftə də ucuzlaşacağını düşünürlər.
Vüqar İsmayılov