Şamaxıda intihar hadisəsi baş verib. Modern.az saytının APA-ya istinadən verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən “Şirvan” otelində qeydə alınıb.
Oteldə mühasib işləyən, Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Orxan Alıcanov otelin damından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Modern.az