Modern.az

Adamda azacıq müdriklik olsaydı ... Fazil Mustafa

  Adamda azacıq müdriklik olsaydı ... Fazil Mustafa

12 Dekabr 2015, 00:28


"Bir yerin ki, ağsaqqalı Natiq Kərimov ola, o insanların bu qədər acınacaqlı vəziyyətə düşməsinə təəccüblənmək olmaz. Adamda azacıq müdriklik olsaydı, Nardaran camaatı bu qədər sarsıntı yaşamazdı”. Modern.az saytı xəbər verir ki, Millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində Nardaran ağsaqqalı Natiq Kərimovun onunla bağlı işlətdiyi fikirlərə münasibətini bu cümlələrlə ifadə edib: “Adam açıqlama verir ki, “Nardaran heç zaman dövlətə, hökumətə qarşı çıxmayıb. Əksinə, dövlətin qurulmasına kömək edib. Demək istəyirəm ki, bəzi deputatlar var ki, ağızlarına nə gəldi danışırlar. Fazil Mustafa deyir ki, Nardaran camaatı cinayətkardır. Nardaran camaatının nəyi cinayətkardır? İstəyirsən mən sənin cinayətlərini sayım, Fazil müəllim? Yaxud orada oturan bəzi deputatların cinayətlərin sayım, göstərim? Özlərini kiməsə göstərmək istəyirlərsə, bunu Nardaranla etməsinlər”.

Millət vəkili daha sonra yazır: “İndi durub deyəsən ki, ay təxribatçı ünsür, mənim hansısa çıxışımda Nardaran camaatının cinayətkar olmasını ifadə edən bir cümlə göstərə bilərsənmi? Ümumiyyətlə məhkəmənin hökmü olmadan kimsəyə cinayətkar demək yanlışdır və mən də ən azı hüquq təhsili olan bir şəxs kimi belə bir ifadəni işlətməyi savadsızlıq hesab edirəm. Mənim hansısa cinayətimi saya bilərsənmi? Göstərməsən, saymasan böhtançı, yalançı olduğunu etiraf edəcəksənmi? Zavallı məxluq hələ anlamır ki, biz onlar kimi ağzına gələni danışanlara qarşı hər zaman ağlımıza gələni danışırıq, Nardaranda yaşayan əksəriyyəti sadə, səmimi inanc sahibi olan insanları hakimiyyət orqanları ilə üz-üzə qoyaraq faciəyə səbəb olan Natiq Kərimov kimilərin əməllərinə hökmən hüquqi qiymət verilməlidir".

Modern.az     

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi