Modern.az

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılan ərazilər - SİYAHI

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılan ərazilər - SİYAHI

12 Dekabr 2015, 11:16

 

Dekabrın 12-si Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür. Bununla bağlı ölkənin müxtəlif yerlərində, eləcə də paytaxt Bakıda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Əsədov Modern.az saytına deyib ki, paytaxt üzrə normal və fasiləsiz hərəkət təşkil edilib: “Hazırda mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə bağlı ziyarət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün paytaxtın Parlament prospekti, Fəxri Xiyaban istiqaməti üzrə kəsişən küçə və yollarında avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Artıq ziyarətə gələnlərin hərəkətinə başlanılıb. Eyni zamanda, bu istiqamətlər üzrə alternativ yollar də nəzərə alınıb.

Sürücülər Parlament prospekti vasitəsilə hərəkət etmək niyyətindədirlərsə, Mətbuat prospekti, Mikayıl Müşfiq dairəsi, Qurd Qapısı, Badamdar qəsəbəsi, yaxud “20-ci sahə”, Bayıl qəsəbəsi, Bayraq Meydanı, Azneft dairəsi, Neftçilər prospekti vasitəsilə hərəkət edə bilərlər.

Hazırda Mehdi Hüseyn 1ünvanından (Teleteatrın inzibati binası yanından), Mikayıl Müşfiq küçəsinin Ələkbərov küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospektinin Parlament prospekti ilə kəsişən hissəsindən, Mikayıl  Müşfiq dairəsinin Mətbuat prospekti kəsişməsindən, eyni zamanda İzzət Nəbiyev  və Abbasqulu Abbaszadə küçələri kəsişməsindən Parlament prospekti, Fəxri Xiyaban istiqamətində hərəkət məhdudlaşdırılıb”.

Polkovnik deyib ki, qeyd edilən istiqamət üzrə hərəkətin məhdudlaşdırılması anım tədbiri tam başa çatana qədər davam edəcək”. 

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi