Modern.az

Neftçilərin axtarışına əlavə qüvvə cəlb olundu - AÇIQLAMA

Neftçilərin axtarışına əlavə qüvvə cəlb olundu - AÇIQLAMA

12 Dekabr 2015, 12:10


“Günəşli” yatağında itkin düşən neftçilərin axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az saytına verdiyi son məlumata görə, itkin düşən neftçilərin axtarışı üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğının söndürülməsi, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlamor” tipli 2 gəmisi ərazidə monitorinq keçirir.

Bundan başqa, aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvə və şəxsi heyəti dənizdə itkin düşənlərin axtarış-xilasetmə işlərini aparır. 

Gülşən RAUFQIZI


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi