“Şimal-Cənub dəhlizi bizə çox lazım olan bir layihədir. Çünki bu gün İranla Rusiya arasındakı yük dövriyyəsi 7,8, 9 milyondur. Avropa ilə Hindistan arasındakı yük dövriyyəsi isə 25 milyon tondan çoxdur. Bunların əksəriyyəti dəniz üzərindən keçir. Dəniz üzərindən keçmək isə 45-60 gün ərzində olan məsafədir. “ .
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov deyib.O, Azərbaycanın Astara rayonundan İrana 8 kilometr yolun və körpünün çəkiləcəyini də söyləyib:
“Cənab prezident bu yaxınlarda imzaladığı sərəncama əsasən Astaradan 8 kilometr körpünün tikintisi ilə bağlı bu ayın 20-21-də Tehran şəhərində görüşümüz olacaq. Birinci mərhələ olaraq Azərbaycan Astarasından İran sərhədinə qədər 8 kilometrlik yol çəkiləcək, 100 metrlik körpü tikiləcək” .
Cavid Qurbanov bu proseslərdə Tranzit Yükdaşımaları Üzrə Koordinasiya Şurasının da yaxından iştirak etdiyini bildirib:
“Koordinasiya Şurası da bu istiqamətdə öz işlərini aparır. Bu ayın 20-21-də Tehran şəhərində görüşümüz olacaq. Bu ona görə edilir ki, İrandan, yəni Bəndər Abbas limanından gələ yüklərin Azərbaycan üzərindən keçməsi ilə sahibkarların işləri daha da yüngülləşsin” .
Ağa Akifoğlu