Modern.az

Amandı

Amandı

12 Dekabr 2015, 12:35


Ey Fəxri Xiyaban, ey ana yurdum,

Sənin ağısına indi kim gəlir,

Xalqının yolunda şam tək əriyən,

Cahana sığmayan bir insan gəlir.

 

Elə bir insan ki, bəşər amalı,

Amalı bəllidir bütün cahana,

Elə bir insan ki, günəş camallı,

Şöləsi nur saçır Azərbaycana.

 

İnsan seli dayanmadan baş çəkir,

Nalə çəkir, inildəyir kaman, tar,

İnsan seli əklil qoyur baş əyir,

Müqəddəsdir, səcdəgahdır bu məzar.

 

Bu məzarda qucaqlaşıb baş-başa,

Qərənfillər doluxsunub hönkürür,

Əzəl gündən sirli dünya tamaşa,

Gözlərdən yaş leysan olub tökülür.

 

Qoy bu leysan ümman olub çağlasın,

A dünya, insafsız arsız dünyasan,

Göylər qara geyib yasın saxlasın,

Yaranandan etibarsız dünyasan.

 

Yox a dünya, hiddətimi bağışla,

Səbirsizəm sənin  səbrin ümmandı,

Sən İlhamın zəhmətini naxışla,

Ulu tanrı onu qoru, amandı.

 

FAİQ ƏSGƏROV

Gədəbəy rayonu, Novo-Saratovka kənd

Tam orta məktəbin müəllimi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu