Modern.az

Balıqçı 120 kiloluq naqqa balığı tutdu - FOTO

Balıqçı 120 kiloluq naqqa balığı tutdu - FOTO

15 Dekabr 2015, 10:43

İtaliyalı balıqçı Yuri Qrisendi rekord çəkiyə malik naqqa balığı tutub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmişəki kimi Po çayında balıq tutmaqla məşğul olan Qrisendi 1 saatlıq gərgin mübarizədən sonra tilovuna düşən 120 kiloluq balığı quruya çıxara bilib.

“20 ildir balıq tuturam, amma bu nəhənglikdə böyük naqqa balığı ilə rastlaşmamışam. Onunla mübarizəyə çox vaxt sərf etsəm də, buna dəyərdi”, - balıqçı hisslərini belə bölüşüb

Bu ilin fevralında isə Dino və Dario Ferrari qardaşları Po çayında 2,7 metr uzunluğunda və 127 kiloqram çəkiyə malik balıq tutublar.



Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi