Modern.az

“Kafe və restoranlarda spirtli içkilər nağd pula satılacaq, mağazalarda isə kartla”

“Kafe və restoranlarda spirtli içkilər nağd pula satılacaq, mağazalarda isə kartla”

İqtisadiyyat

15 Dekabr 2015, 13:44

Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar mətbuat konfransı keçirilib.

Modern.az  xəbər verir ki, vergilər nazirinin 1-ci müavini Natiq Əmirov tədbirin əsas məqsədinin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı KİV-ləri məlumatlandırmaq, ortaya çıxan suallara aydınlıq gətirməkdən ibarət olduğunu söyləyib.

Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına edilmiş dəyişiklər barədə danışaraq, deyib ki, bu dəyişiklərin böyük əksəriyyəti vergi yüklərinin azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsinə xidmət edir.

Jurnalistlərin suallarını cavablandıran nazir müavini Natiq Əmirov Vergi Məcəlləsinə edilən dəyişiklikləri bu cür şərh edib: “Vergi Məclləsinə edilən dəyişiliklər vergi yükünün artırılmasına yox, azaldımasına yönəlib”.

Natiq Əmirov 11 ay ərzində büdcə daxilomalarını da diqqətə çatdırıb: “11 ayın yekununda Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 6,5 milyard manat daxil olub. Hesabat dövründə daxilolmalarda qeyri-neft sektorunun payı 70% təşkil edib”.

Bank sektorunun vergi ödnəişləri isə bu il ərzində 35 % artıb.

Nazir müavini nağdsız ödəniş aparatları olan pos-terminalardan istifadə ilə bağlı da açıqlama verib: “İlin sonuna qədər pos-terminal olmayan yerlərdə müvafiq infrastrukturun qurulmasını təmin edəcəyik”.

Nazir müavini mügənillərdən vergi alınmasına da münasibət bildirib: “Şou-biznes nümayəndələrindən vergilərin alınmasında ədalət prinsipi gözlənəcək. Biz bunu elə formada etməliyik ki, hansısa sənət adamından az, hansındansa çox vergi alınmasın”.

Nazirlik rəsmisi spirtli içkilərin ictimai-iaşə obyektərində satışından da danışıb: “Supermarket, market və digər mağazalardakı spirtli içkilərin satışından fərqli olaraq kafe və restoranarda spirtli içkilərin satışı nağd pulla həyata keçiriləcək. Çünki bu, həmin obyektlərdə içkinin süzülərək satışının həyata keçirilməsindən irəli gəlir”.

Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama