Modern.az

“Ramiz Əzizbəyli tam sağalmayıb, amma vəziyyəti yaxşıdır”

“Ramiz Əzizbəyli tam sağalmayıb, amma vəziyyəti yaxşıdır”

Təhsil

15 Dekabr 2015, 17:09

“Şükür Allaha, şikayətimiz yoxdur. Hər şey yaxşıdır. Ramiz müəllim evdə müalicə alır. Yavaş-yavaş səhhətində irəliləyiş baş verir. Düzdür, uzun prosedura olduğuna görə tam sağalmaqdan danışmaq hələ ki tezdir. Amma getdikcə yaxşılaşır”.

Bunu Modern.az saytına uzun müddətdir ki, səhhətindən əziyyət çəkən, beyin insultu diaqnozu ilə mütəmadi müalicə olunan xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə xanım bildirib. Onun sözlərinə görə, atasının səhhəti əvvəlkilərlə müqayisədə indi nisbətən yaxşıdır: “Evdə  müalicə alır, dərmanlar qəbul edir. Fiziki terapiyadan keçir. Sənət dostları və tələbələri də tez-tez Ramiz müəllimə baş çəkirlər”.

R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirib. Hazırda ev şəraitində müalicə olunur.

Elmin NURİ

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi