Modern.az

Ahıska türkləri Azərbaycanı niyə tərk edirlər? - AÇIQLAMA

Ahıska türkləri Azərbaycanı niyə tərk edirlər? - AÇIQLAMA

16 Dekabr 2015, 15:26

Azərbaycandakı Ahıska türklərinin ölkəni tərk edərək xaricə getməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmamağı isə maraq doğurur.

Modern.az saytına məlumat verən Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burxanov fikirlərin həqiqət olmadığını bildirib.

Onun sözlərinə görə, Ahıska türklərinin ölkəni tərk etməsinə heç bir əsas yoxdur:

“Ahıska türklərinin ölkəni tərk etməsi həqiqətə uyğun deyil, buna heç bir səbəb yoxdur. Belə məsələ gündəmdə də deyil. 1800-ə yaxın Ahıska türkünə repartriant statusu, 479 nəfərə isə Gürcüstan vətəndaşlığı verilib. Ola bilər ki, onlar ölkəni tərk edirlər. Həmin insanlar geri qayıda bilər, bu, onların haqlarıdır. O ki, qaldı kütləvi şəkildə Ahıska türklərinin ölkəni tərk etməsinə, belə bir hal mövcud deyil ”.

Vüsalə QƏZƏNFƏRQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi