ABŞ Konqresi 40 il əvvəl qəbul olunan və Amerikaya xarici ölkələrə neft satmağı qadağan edən qanun layihəsini ləğv etməyə hazırlaşır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 17-də məsələ ilə bağlı Nümayəndələr Palatasında, daha sonra Senatda səsvermə keçiriləcək.
Amma artıq dünya bazarları bu xəbərə neftin yeni ucuzlaşması ilə reaksiya verib.
Belə ki, Brent markalı neft 0,9 faiz ucuzlaşaraq 38,3 dollara, WTI markalı neft isə dəyərini 1,4 faiz dəyər itirərək 36,8 dollara düşüb.
Bu gün gecə saatlıarında ABŞ Federal Ehtiya Bankının iclası zamanı uçot dərəclərinin artırılması gözlənilir ki. bu da öz növbəsində dolların möhkəmlənməsi və neftin yenidən ucuzlaşması demək olacaq.
Vüqar İsmayılov