Modern.az

“Azərbaycan gələn il Ümumdünya Ticarət Təşkilatına üzv ola bilər”

“Azərbaycan gələn il Ümumdünya Ticarət Təşkilatına üzv ola bilər”

İqtisadiyyat

16 Dekabr 2015, 16:18

“Ümumdünya Ticarət Təşkilatına üzv osaq, “907-ci düzəliş” ləğv edilə bilər”

18 ildir gərgin danışıqlar aparılmasına baxmayaraq, Azərbaycan  hələ də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ola bilmir. Uzun illərdir aparılan bu danışıqların nəticəsiz qalmasına səbəb kimi yerli və beynəlxalq iqtisadçı-ekspertlər Azərbaycanın ÜTT-na aid olan bəzi standartları hələ də yerinə yetirməməsi ilə izah edirlər. Burada əsas iqtisadi faktorlar kimi gömrük, nəqliyyat, tranzit, logistika, broker sahələrində tarif və qiymətlərin stabilləşdirilməsini nəzərdə tutulur.

Prezident İlham Əliyevin isə Çin səfəri artıq Azərbaycanın Böyük İpək yolu layihəsinə qoşulmaqla ÜTT-yə üzv olması məsələsini bir daha gündəmə gətirib. Bu layihə Çin mallarının Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırımasını nəzərdə turur. Təbii ki, Avropa da öz növbəsində Çin məhsullarının Azərbaycan və ona qonşu olan ölkələrlə tranzitini Rusiyadan üstün tutur.

İqtisadçı ekspert Vüqar Bayramov Modern.az-a açıqlamasında Azərbaycanın ÜTT-yə üzvlük və ölkənin Böyük İpək yolu layihəsinə qoşulması məsələlərinə münasibət bildirib: “Azərbaycanın ipək yolu layihəsinə tam qoşulması üçün ÜTT-yə üzv olması və buradakı  yükdaşımlarda iştirakı vacibdir. 1997-ci ildən bu təşkilata üzv barədə namizədliyimizi irəli sürməyimizə baxmayaraq, məsələ hələ də uzanır. Amma müşahidəçi statusu almışıq. Azərbaycan bu təşkilatla bağlı öhdəliklərin 80 faizini yerinə yetirib. Amma bəzi mühüm öhdəliklər üzvlüyə maneə olur. Yükdaşımalar , gömrük tarifləri, sadə və asan proesedurları daha çox tələb edir. Neftin qiymətinin azalması təbii ki, bu gün bu təşkilata üzvülük məsələsini gündəmə gətirir. Prezidentin Çində apardığı danışıqlar artıq bunu sürətləndirir. Çünki ÜTT nistbətən aşağı qiymətli tariflərdə maraqlıdır. Ancaq ölkədə bu sahədəki tariflər daha yüksəkdir”.

Vüqar Bayramovun fikrincə, danışıqlar zamanı hansısa razılaşma əldə olunarsa, Azərbaycan gələn ildən ÜTT-yə üzv ola bilər: “Aparılan danışıqları və əldə olunan razılıqları nəzərə alsaq o zaman Azərbaycan 2016-cı ilin ortalarında üzv ola bilər. Qazaxıstan, Rusiya, Ukrayna artıq bu təşkilatın üzvüdür. Təbii ki, iqtisadi baxımdan geri qalmamaq prinsipi ilə tez bir zamanda üzv olsaq, çox qazana bilərik. Azərbaycanın coğrafi mövqeyi elədir ki, biz Rusiya ilə rəqabət apara bilirik. Azərbaycan ÜTT-yə üzv olsa, regionun hava məkanında beynəlxalq yükdaşımalar mərkəzinə çevrilə bilər. Logistik mərkəzlər də tikilir. Təbii ki, logistik mərkəzlər olmadan beynəlxalq yükdaşımalarına, tranzitə ev sahibliyi etmək mümkünsüzdür. Hələ də üzv ola bilməməyimizin bir səbəbi də odur ki, Azərbaycanın statusu ilə bağlı məsələlərdə təşkilatla razılığa gəlmək olmur. Azərbaycanı inkişaf etmiş ölkə kimi qəbul etmək istəyirlər. Azərbaycan isə inkişaf etməkdə olan ölkə kimi qəbul olunmaq istəyir. Çünki Beynəlxalq Valyuta Fondu və Dünya Bankının mövcud prinsipləri istifadə olunur. Digər məsələ aqrar sektora verilən subsidiyalarla bağlıdır. Azərbaycan 10 faiz,  ÜTT isə 5 faiz limit istəyir. Artıq bu məsələdə razılıq əldə olunub. İlkin olaraq bizə 10 faiz limit veriləcək, sonra 5-ə qədər azaldılacaq. Artiq  neftdən əldə edilən gəlirlərin çoxluğu ölkənin ÜTT-yə üzvlüyünü sürətləndirir. Əgər gələn ildən Azərbaycan ÜTT-yə üzv olsa, qeyri-neft sektoruna yüz milyonlarla vəsait gələcək”.

İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədov isə Azərbaycanın ÜTT-yə üzv ola bilməməsinin əsas səbəbini ölkə iqtisadiyyatındakı mövcud mənfi tendensiyalarda görür: “Azərbaycanın ipək yoluna qoşulması ilə tranzit malların Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çatdırlıması böyük uğur olardı. Xarici ekspertlər də bildirir ki, Çin mallarının Avropaya Rusiyadan kənar kanallarla aparılması naliyyətdir. Prezidentin Çin səfəri ölkənin ÜTT-yə üzv olması məsələsini daha da qabartdı. Amma Azərbaycanda bu gün iqtisadi sahədə mənfi tendensiyalar mövcuddur. Gömrük xidmətinin inhisarçılıq yaratması, nəqliyyat sektronun və dəmir yolunun yenilənməməsi, dəmir yollarının sürətli keçidə cavab verməməsi ÜTT-ni narazı salan amllərdir. Təbii ki, bu kimi neqativ hallar ölkə haqqında mənfi imic yaradıb. ÜTT vahid gömrük, tranzit, nəqliyyat qiymətləri tələb edir. Bundan başqa, əsas məsələ broker fəaliyyətinin müsbət tənzimlənməsi, logistik mərkəzlərin genişləndirilməsidir. Logistik mərkəzlərin fəaliyyət göstərilməsi üçün azad rəqabət yaradılmalı, bolluq olmalı, xidmət səviyyəsi yüksəlməlidir ki, saxlanc yerləri də yaradılsın. Dövlət subsidiyalaşmasını azaltmaq lazımdır. Azad rəqabətə imkan verilməldir.  Azərbaycanın 18 illik danışıqları bu gün nəticə vermir. Rusiya ÜTT-yə 16 il danışıqdan sonra, 2 il bundan qabaq üzv ola bildi. Ermənistan kimi ölkə ÜTT-yə üzv olmaqla birbaşa Amerikadam yardım və maliyyə imkanları əldə etdi”.

Nazim Məmmədov onu da bildirib ki, Azərbaycan ÜTT-yə üzv olarsa, vaxtı ilə ölkəyə tətbiq edilən sanksiyalar aradan qalxa bilər: “ABŞ-ın  “907-ci” və digər düzəlişləri tənqid edən siyasətçilər anlamırlar ki, biz ÜTT-yə üzv olarıqsa, bütün bu maneələr avtomatik aradan qalxar. Bəzi dövlət qurumlarının rəhbərləri, bəzi deputatlar, bəzi iqtisadçılar isə belə hesab edirlər ki, Azərbaycan ÜTT-yə üzv olsa, rəqabətə tab gətirə bilməz, kənd təsərrüfatı çokər. Bunlar monopoliyanın saxlanılmasına hesablanan yalan uydurmalardır. Bu gün dünya iqtisadiyyatının 98 faizi orada cəmləşib. AZərbaycan ÜTT-yə onsuz da inkişaf etməkdə olan ölkə kimi qəbul olunacaq. Təbii ki, bizim ÜTT-yə üzv ola bilməməyimizin səbəbləri ölkədə arxasında məmurların durduğu nəhəng monopoliyalaşmış istehsalatdır”.

Ağa Akifoğlu

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi