İranın “Fars” agentliyi İslam İnqilabının Mühafizə Korpusunun beynəlxalq əməliyyatlara cavabden “Qüds” dəstəsinin komandiri, general Qasım Süleymaninin ötən həftə Moksvaya etdiyi 3 günlük səfərdən yazıb.
Modern.az “Fars” agentliyinə istinadən xəbər verir ki, Moskvada Rusiya prezidenti Vladimir Putin və digər yüksək rütbəli şəxslərlə görüşən Süleymani Livan, Yəmən. İraq və Suriyada yaranan mövcud situasiyanı müzakirə edib. Məlumata görə, Putin iranlı generalı “mənim dostum, Qasım”, - deyə səsləyib.
Qərb mətbuatı bundan öncə, iyul ayında Moskvaya gedən Qasım Süleymaninin Rusiyani Suriyada hava əməliyyatları aparamağa sövq edən əsas fiqur adlandırmışdı.
Vüqar İsmayılov