Türkiyə Rusiyadan qaz asılılığını azaltmaq üçün İsraillə münasibətləri bərpa etmək qərarına gəlib. Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyə hakimiyyətindəki iki gizli mənbəyə istinadən bildirib.
Məlumata görə, qazın bir hissəsini Kiprdən almağı düşünən Ankara buna görə adanın birləşdirilməsinə də razıdır.
“Bloomerg”in məlumastına görə, noybarda SU-24 təyyarəsinin vurulmasından sonra Ruisya ilə münasibətləri pisləşən Ankara İsraillə münasibətlərini sürətlə yaxşılaşdırıb. Güman olunur ki, 2016-cı ilin yazında Kiprin birləşdirilməsi ilə bağlı danışıqlar müsbət sonlandıqdan sonra Təl-Əvivlə Ankara arasında da münasibətlər bərpa olunacaq.
2015-ci ilin noybarında Rusiya təyyarəsi vurulduqdan sonra Moskva ilə Ankara arasında münasibətlər pozulub. Bundan əvvəl isə, 2010-cu ildə Qəzzaya yardım aparan türk humanitar gəmisinə İsrail xüsusi təyinatlılarının hücumu zamanı 9 türk həlak olmuşdu.
Vüqar İsmayılov