Dekabrın 16-da Moskvanın mərkəzində baş verən qətllə bağlı cinayət işi qaldırılıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16:25-də Solyanka küçəsində baş verib.
Naməlum şəxs həmin şəxsi güllələdikdən sonra qara rəngli xarici avtomobildə hadisə yerindən uzaqlaşıb. Atəş açılan şəxsin hadisə yerindəcə keçindiyi bildirilir.
Digər məlumatda bildirilir ki, qətlə yetirilən şəxsin də yanında TT markalı tapança tapılıb.
Onun bu silahla ona atəş açanı yaraladığı da bildirilir. İlkin ehtimala görə, iki kişi arasında münaqişə yaranıb və bu zaman onlar bir-birinə atəş açıblar.
“İnterfaks” agentliyi qətlə yetirilənin Dağıstanda olan biznesmen olduğu haqda xəbər yayıb. Bu səbəbdən qətlin sifariş xarakterli olduğu da istisna edilmir.
“REN TV” isə öldürülənin Dağıstan Xalq Məclisinin deputatlığına keçmiş namizəd Muxtar Məcidov olduğu barədə məlumat verib. Telekanala məlumat verən mənbənin sözlərinə görə, ona 10 atəş açılıb, onlardan biri başından dəyib.
Polis hazırda qətl yerindən killerləri uzaqlaşdıran “İnfinty” və BMW markalı avtomobilləri axtarır. Onlardan birində oğurlanan “Mercedes”in nömrəsi olub.
Modern.az