Modern.az

ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,25 faizədək artırıb

 ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,25 faizədək artırıb

İqtisadiyyat

16 Dekabr 2015, 23:33

ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsinin artırılması barədə qərar qəbul edib. Modern.az saytı xarici mediayaya istinadən xəbər verir ki,  ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazarlar üzrə Komitəsi növbəti iclasın yekununda baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Beləliklə, hazırda dəhliz 0,25–0,50% təşkil edir.

İqtisadçı Samir Əliyev isə deyir ki, FED uçot dərəcəsini artırsa belə, bu o demək deyil ki, sabah manat devalvasiya olacaq: “Ola bilər dollar sabah manata münasibətdə cüzi bahalaşsın. Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Hətta sabah manatın rəsmi məzənnəsinin ucuzlaşmasını da istisna etmirəm. Bugünkü avrodollar məzənnəsinin davranışından asılı olacaq Manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur. Qısası, FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir. Və ya uçot dərəcəsinin qaldırılmaması manatın ucuzlaşmaqdan qurtulması kimi qiymətləndirilməməlidir”.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama