Son günlər Bakıdakı bəzi mağaza və iri marketlərdə yumurta qıtlığı müşahidə edilməkdədir. Eyni zamanda bu məhsulun qiymətində də artım müşahidə edilir.
Dövlət Statistika Komitəsi Azərbaycanda yumurta istehsalında azalma olduğunu təsdiqləyib.
Komitədən Modern.az-a verilən məlumata görə, 2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə 1290 milyon ədəd yumurta istehsal olunub. Bu rəqəm ötənilki göstəricilərlə müqayisədə 0,7 faiz azdır.
Modern.az