Modern.az

Xüsusi lisenziyalarla bağlı yeni təkliflər Prezident Administrasiyasına verilib

Xüsusi lisenziyalarla bağlı yeni təkliflər Prezident Administrasiyasına verilib

İqtisadiyyat

17 Dekabr 2015, 13:43

Xüsusi razılıq lisenziyasının müddətsiz verilməsi ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim edilib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib. O qeyd edib ki, administrasiyaya eyni zamanda lisenziyaların sayının azaldılması ilə bağlı təkliflər də göndərilib:

“Mövcud qanunvericiliyə uyğun olaraq, hazırda 59 fəaliyyət növü lisenziyalaşdırılır. Onun alt sahələrlə birlikdə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 107-dir. Bu, bir az çox idi. Bu təkliflərdə artıq həmin 59 fəaliyyət növü üzrə də siyahı optimallaşdırılıb, bütün qurumlarla müzakirə aparılıb. Onun nəticəsində təkliflər Prezident Administrasiyasına təqdim edilib”.

Sahib Məmmədov əlavə edib ki, təkliflərdə lisenziya və icazələr üçün ödənişlərin azaldılması da öz əksini tapıb: “Administrasiyaya rüsumlarla bağlı da təkliflər verilib. Burada regionlar ilə Bakı arasında differensial yanaşmanın tətbiq olunması da nəzərə alınıb”.

Aytən ZƏHRA 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama