Modern.az

Putin Suriya və Ukraynadan danışdı: “...amerikalıların təşəbbüsünü dəstəkləyirik”

Putin Suriya və Ukraynadan danışdı: “...amerikalıların təşəbbüsünü dəstəkləyirik”

Dünya

17 Dekabr 2015, 14:25


Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında Suriya böhranı ilə suala da cavab  verib. Modern.az xəbər verir ki, Putin ölkəsinin Suriya ordusuna hava dəstəyi göstərməkdə davam edəcəyini və münaqişənin həllində ABŞ-ın səylərini dəstəkləyəcəklərini deyib: “Qəribə də olsa, Rusiyanın təklifləri ABŞ-ın BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxardığı qətnamədəki müddəalarla üst-üstə düşür. Biz həmin qətnamə təşəbbüsünə dəstək olacağıq”.                                                      

Rusiya prezidenti ölkəsinin Bəşər Əsədə hərbi dəstəyindən də danışıb: “Suriyaya kimin rəhbərlik edəcəyini yalnız Suriya xalqı özü həll etməlidir. Amma hər iki tərəfin güzəştə getməsi vacidir.

Biz Suriya ordusuna hava dəstəyini göstərməkdə davam edəcəyik. Bilmirəm bizə Suriyada hərbi baza lazımdır, ya yox? Amma onu bilirəm ki, kimisə tapmaq lazımdırsa, biz onu tapacağıq”. 

Bununla belə, Kremlin sahibi xüsusi modullarla 2 gün ərzində bütün qüvvələrini Suriyadan çıxara biləcəklərini deyib.

Putin sual üçün mikrofonu ukraynalı jurnalistə verilməsini istəyib.

Ukrayna ilə bağlı sualı cavablandıran Putin ölkəsinin Donbasda tezliklə sülhün yaranmasında maraqlı olduğunu deyib: “Rusiya Ukraynaya qarşı sanksiya tətbiq etmək niyyətində deyil. Avropa Birliyi liderləri də bunu məndən xahiş etmişdilər. Sadəcə, bundan sonra Ukraynanın heç bir ticarət imtiyazı olmayacaq.

Rəsmi Kiyev Minsk sövdələşmlərinin reallaşdırılması zamanı manipulasiyalara yol verir. Moksva Donbasdakı münaqişə ilə bağlı açıq və səmimi dialoqa ümid edir Amma bu ölkənin cənub-şərqindəki insanların fiziki məhvi hesabına olmamalıdır”.



Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI