Modern.az

Mərkəzi Bankdan TƏKZİB: “Biz belə açıqlama verməmişik”

Mərkəzi Bankdan TƏKZİB: “Biz belə açıqlama verməmişik”

İqtisadiyyat

17 Dekabr 2015, 15:17

“Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməmişdir”.

Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə Mərkəzi Bankın mətbuat xidməti çıxış edib.

Mərkəzi Bank bildirib ki, manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir.

Qeyd edək ki, bu gün səhər bəzi KİV-lər Mərkəzi Banka istinadən xəbər yayıblar ki, FES-in qəbul etdiyi qərar bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama