Rusiya prezidenti bu dəqiqələrdə davam edən mətbuat konfransında qızları barədə suala da cavab verib. Modern.az saytı xəbər verir ki, Vladimir Putin qızlarının Rusiyada yaşadıqlarını və heç zaman xaricdə təhsil almadıqlarını deyib.
Rusiya prezidenti qızlarının heç zaman bizneslə və siyasətlə məşğul olmadığını da vurğulayıb:
“Mən qızlarımın hansı işlə məşğul oduqlarını deməyəcəyəm. Bu həm də onların təhlükəsizliyi ilə bağlı məsələdir. Onu deyə bilərəm ki, qızlarım öz həyatlarını yaşayırlar və bunu çox layiqli şəkildə edirlər”.
Xatırladaq ki, Vladimir Putinin Mariya və Yekaterina adlı iki qızı var. Ali təhsillərini başa vuran qızlarla bağlı Rusiya ictimaiyyəti çox az şey bilir.
Vüqar İsmayılov