İstanbuldakı evini satan və bankdakı pulunu çıxardıqdan sonra Türkiyədən ayrılaraq başqa bir ölkəyə yerləşdiyi deyilən tanınmış futbolçu Hakan Şükür ABŞ-da ortaya çıxıb.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Şükür “Bir daha Türkiyəyə dönməyəcəyəm, burada iş quracağam” dediyi iddia edilir.
Məlumatda qeyd edilir ki, Hakan Şükür keçdiyimiz günlərdə yaşadığı Büyükçekmece Tepekentdə olan evini satışa çıxarıb.Şükürün evini satmaq qərarını Paralel Quruluşa yönələn əməliyyatların çoxaldığı bir dövrdə alması diqqət çəkmişdi.
Bir müddətdir xaricə getdiyi deyilən, lakin hansı ölkəyə getdiyi bilinməyən Hakan Şükürün Kaliforniyada San Mateoya yerləşdiyi iddia edilir.
Üç mərtəbəli bir villa alan Şükürün keçdiyimiz günlərdə Bank Asiyadan çıxardığı pulları bura köçürdüyü irəli sürülüb. Şükürün ətrafına, “Bir daha Türkiyəyə dönməyəcəyəm, burada iş quracağam”, - dediyi də bildirilir.
Keçmiş futbolçunun paralel quruluşa yaxın olması səbəbindən Türklərdən gözlədiyi dəstəyi də görmədiyi deyilir.
Modern.az