Modern.az

Əli Kərimlinin yeni müavinləri kim olacaq?

Əli Kərimlinin yeni müavinləri kim olacaq?

Təhsil

17 Dekabr 2015, 17:35


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2015-ci ilin fevral ayında Razi Nurullayevi müavini vəzifəsindən azad etdi. Razi Nurullayev Əli Kərimlinin beynəlxalq məsələlər üzrə müavini idi.

Eyni zamanda bu yaxınlarda AXCP sədrinin müavini, partiyanın Ali Məclis sədri vəzifəsini tutan Həsən Kərimov vəfat etdi.   Bəs bu şəxslərin yerinə təyinat olacaqmı?  

AXCP sədrinin müavini Nurəddin Məmmədli Modern.az-a açıqlamasında bu barədə danışıb. O bildirib ki, AXCP-yə müavin təyin olunması ilə bağlı hələlik müzakirə aparılmır. Onun sözlərinə görə, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.  

“Partiya sədrinin müavini vəzifəsinə təyinat hələ müzakirə olunmur. Ona görə ki, başqa bir müavin Fuad Qəhrəmanlı cəmi bir neçə gündür həbs olunub. O ki qaldı təyinat məsələsinə bu, bilavasitə partiya sədrinin səlahiyyətinə aiddir. O kimi müavinlik postuna təyin edərsə, vəzifəyə həmin şəxs də gələcək. Amma hələki təyinat gündəmdə olan məsələ deyil”.  

Vüsalə Qəzənfərqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi