Modern.az

ABŞ-ın Türkiyədəki səfirliyini partlatmağa hazırlaşan dəstə tutulub

 ABŞ-ın Türkiyədəki səfirliyini partlatmağa hazırlaşan dəstə tutulub

17 Dekabr 2015, 21:47


ABŞ-ın İstanbuldakı Baş konsolluğunu və Ankaradakı səfirlik binasına canlı bomba hücumu düzənləyəcəyi iddia edilən Abdülaziz Ameen Mojbilin de aralarında olduğu 11 nəfər saxlanılıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) ABŞ-ın İstanbuldakı Baş konsulluğuna və Ankarada yerləşən ABŞ-ın səfirlik binasına hücum edəcəyi məlumatını alan Terrorla Mübarizə Şöbə İdarəsi və Kəşfiyyat Şöbə İdarəsinin briqadaları əməliyyata  başlayıb.

Həyata keçirilən əməliyyatlar zamanı İŞİD üzvlərinin Esenyurtda  bir evdə qaldığı müəyyənləşdirilib. Dünən gecə keçirilən əməliyyatda canlı bomba hücumu təşkil edəcəyi iddia edilən Abdülaziz Ameen Mojbilin də aralarında olduğu 11 nəfər saxlanılıb.

Nəzarətə alınan şübhəlilər, səhiyyə nəzarətindən keçirildikdən sonra sorğu-sual olunmaq üçün polisə aparılıblar. Kahramanmaraşda yaxalanaraq həbs olunan İŞİD üzvü suriyalı Məhəmməd Raghil Al Harayının də ABŞ-ın İstanbuldakı Baş konsulluğuna və Ankarada yerləşən ABŞ-ın səfirlik binasına canlı bomba hücumu həyata keçirmək üçün Türkiyəyə gəldiyi iddia edilib.  

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI