Modern.az

Putinə Türkiyə bayrağı yelləyən adamın kim olduğu ortaya çıxdı

  Putinə Türkiyə bayrağı yelləyən adamın kim olduğu ortaya çıxdı

Dünya

17 Dekabr 2015, 21:57


Rusiya prezidenti Vladimir Putinin bu gün keçirdiyi mətbuat konfransında bir nəfər Türkiyə bayrağı yelləyib. Modern.az xarici mediaya istinadən bildirir ki, həmin xanımın  “Anadolu” agentliyinin Moskva bürosunun əməkdaşı Yelena Teslova olduğu ortaya çıxıb.

Telsovanın sözlərinə görə, orada olan yüzlərlə jurnalist Putinə sual vermək üçün hansı ölkə, bölgə və ya qəzeti təmsil etdiklərini göstərmək məqsədilə ilə özləri rəsm və vımpellər gətirib: “Mən isə Türkiyə ilə bağlı sual vermək istədiyimi bildirmək üçün Türkiyə bayrağını götürdüm. İşə də yaradı. Salondakı nə rus jurnalistlər, nə də təşkilatçılar mənə pis bir söz deyib. Onsuz da bunun sual verməkdən başqa bir məqsədi yox idi. Bunu hamı bilirdi”.

Rus əsilli müxbirin “Anadolu” agentliyi adından Putinə “Siz bir əvvəlki bəyanatınızda  “Türkiyə rəhbərliyi başqa, türk xalqı başqadır” demişdiniz. Ancaq Rusiyada təhsil alan tələbələr və burada çalışan türk fəhlələri təzyiqə məruz qaldıqlarını deyir. Bu barədə fikriniz nədir?” sualını ünvanlayıb.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI