Modern.az

Deputat: “Putin üçün Yaxın Şərqdəki hərbi teatr daha maraqlıdır”

Deputat: “Putin üçün Yaxın Şərqdəki hərbi teatr daha maraqlıdır”

Dünya

17 Dekabr 2015, 23:11


Deputat Olqa Alimova Rusiya prezidenti Vladimir Putinin jurnalistlər üçün keçirdiyi illik mətbuat konfransında ölkədəki iqtisadi böhrani ilə bağlı suallardan rəqəmlərlə “sanki əsl riyaziyyatçı” kimi oynayaraq yayınmasından şikayətlənib.

“Sən demə, hakimiyyət ölkənin iqtisadi vəziyyəti ilə karbohidrogenlərin qiymətinin dinamikasının dəyişməsindən birbaşa asılı olduğunu bilir. Hakimiyyət bilir, ancaq nəyə görə indiki vəziyyətin dəyişməsi üçün heç bir iş görmür”, - Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, deputat belə deyib.

Olqa Alimova prezidentin Mərkəzi Bankı və hökuməti makroiqtisadi göstəricilərin təminatı ilə bağlı siyasətini dəstəklədiyini xatırladıb: “Ümid edirəm ki, bu fikirdən sonra hamı başa düşdü ki, ölkənin iqtisadiyyatında heç nə dəyişməyəcək. Və hökumətin də tərkibində heç bir dəyişiklik baş verməyəcək”.

Deputatın sözlərinə görə, Suriyadakı hərbi əməliyyatlar və Ukraynadakı situasiya ilə bağlı suallar prezidenti xeyli canlandırıb: “Mənim fikrimcə, yaxşı hiss olunurdu ki, ona bu mövzular nə qədər maraqlıdır. Xüsusilə də Yaxın Şərqdəki hərbi teatr”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI