Modern.az

Meyitxanada narkotik laboratoriyası aşkarlandı

Meyitxanada narkotik laboratoriyası aşkarlandı

Dünya

18 Dekabr 2015, 00:47


Xabarovskdakı xəstəxanalarının birinin meyitxanasındakı narkotik laboratoriyası ləğv edilib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, əməliyyatçılar müəyyən ediblər ki, gizli narkotik laboratoriyasını şəhər xəstəxanalarından birində anestezioloq işləyən 23 yaşlı interna həkimi, onun tanışı olan Uzaq Şərq Tibb Universitetinin tələbəsi, eləcə də meyitxananın baxıcısı təşkil ediblər.
Laboratoriyanın meyitxananın ventilyasiya otağında fəaliyyət göstərdiyi bildirilir. Hər üç şəxs saxlanılıb. Onlardan ikisi barəsində həbs qətimkan tədbiri seçilib, biri isə heç yerə getməmək şərtilə buraxılıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI