Modern.az

Qarabağa 16 min əcnəbi turist gəlib

Qarabağa 16 min əcnəbi turist gəlib

Dünya

18 Dekabr 2015, 11:18


Bu il Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini 16 mindən çox əcnəbi ölkə vətəndaşı ziyarət edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma Dağlıq Qarabağ Respublikasının “iqtisadiyyat nazirinin müavini” Sergey Şahverdyanın açıqladığı statistikaya görə, separatçı rejimə səfər edənlərin sayı 2014-cü illə müqayisədə 12 faiz  artıb:
“Ermənistan vətəndaşlarını çıxmaq şəritilə, bizə bu il 16 min xarici turist gəlib. Qarabağa səfər edənlər arasında ilk yeri Rusiya Federasiyası, daha sonra Avropa Birliyi və sonda ABŞ vətəndaşları tutur”.

Separatçı qurumun nümayəndəsi ötən ilin avqustunda Qarabağda gedən döyüşlərdən sonra bölgəyə gələn turistlərin sayının kəskin azaldığını da xatırladıb.

Vüqar İsmayılov       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI