Modern.az

Əsəd ailəsinin dostu Livanda prezidentliyə namizəd olmaq istəyir

Əsəd ailəsinin dostu Livanda prezidentliyə namizəd olmaq istəyir

Dünya

18 Dekabr 2015, 15:09


Suriya prezidenti Bəşər Əsədin ailəsinin dostu Süleyman Franje Livanda keçiriləcək prezident seçkilərində iştirak edə bilər. Modern.az bildirir ki, “Reuters”in verdiyi xəbərə görə, Franje belə bir planını gizlətməsə də, hələ ki Livandakı prezident seçkilərinə qoşulacağı haqda rəsmi elan yoxdur.

Kiçik Franje ölkənin keçmiş prezidentinin nəvəsidir, əvvəllər daxili işlər naziri postunu tutub.

Onun Əsəd ailəsi ilə uşaqlıqdan, iki ölkənin prezidentlərinin ov zamanı görüşdükləri zamandan  dostluq əlaqələrinin yarandığı bildirilir.

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI