Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

18 Dekabr 2015, 15:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.  
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-12, Bakıda gecə 1-3,  gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.  
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  2-7  dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji pronoz

Dekabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi