Modern.az

Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər

  Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər

Dünya

18 Dekabr 2015, 23:09


Avropa Komissiyasının hesabatına əsasən, müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər. Modern.az saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in açıqlamasında bildirilir.

"Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər", - məlumatda deyilir.  

Dekabrın 18-də Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur.  

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI