Modern.az

ANS-in baş redaktorunun həyat yoldaşı vəfat etdi

ANS-in baş redaktorunun həyat yoldaşı vəfat etdi

Media

19 Dekabr 2015, 09:44

ANS telekanalının Xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova dünyasını dəyişib. 

Modern.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Murad Hüseynov səhifəsində məlumat yayıb.   “Gülüm soldu..... Günəşim qürub etdi.... Allah rəhmət eləsin. Haqqınızı Gülərimə halal edin. Dəfn sabah Qubada olacaq”.  

Qeyd edək ki, son günlər vəziyyəti ağırlaşan Gülər Məmmədova üç gündür süni nəfəs aparatına qoşulmuşdu.    Gülər Məmmədova uzun müddətdir qan xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə olunub Azərbaycana qayıtsa da, bir müddət sonra yenidən eyni xəstəliyə tutulmuşdu.  

Gülər Məmmədova bir daha Türkiyəyə qayıtmalı və ağır müalicələr qəbul etməli olmuşdu. Ailə müalicə üçün evlərini satmış və kirayəyə köçmüşdü.   

Gülər Məmmədovanın iki azyaşlı övladı (Osman və Ayan) qalıb.

Allah rəhmət eləsin!!!


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi