Modern.az

Suriyadakı insanlıq dramına dair HESABAT

Suriyadakı insanlıq dramına dair HESABAT

Dünya

19 Dekabr 2015, 10:11


Nyu- York mərkəzli İnsan Haqları Müşahidə Təşkilatı (Human Right Watch) Suriyada Əsəd rejimi tərəfindən nəzarət mərkəzlərində işgəncə ilə öldürülən 27 nəfərin kimliyini müəyyən edərək onları aktlaşdırıb.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, HRW Əsəd rejimi tərəfindən Suriyada işgəncə və qeyri-insani üsullarla öldürüldüyü deyilən 11 min insanın fotoşəkilləri beynəlxalq mətbuat vasitəsilə dünyaya çatdırılıb. Həmin fotoşəkillər əsasında öldürülənlərlə bağlı 9 aylıq araşdırma aparılıb.  

Araşdırma nəticəsində işgəncə ilə öldürülən 27 nəfərin şəxsiyyəti müəyyən olunaraq ailələri ilə görüşlər keçirilib və həmin görüşlər əsasında “Ölülərin dili olsa: Suriya nəzarət mərkəzlərində kütləvi işgəncə və ölümlər ” adlı hesabat yazılıb.  

Hesabatda kəşfiyyat təşkilatları tərəfindən nəzarətə alınan suriyalıların nəzarət mərkəzlərində aclıq, işgəncə, döyülmə və s. üsullarla təzyiqlərə məruz qaldıqları müəyyən edilib. 

Kimliyi müəyyən edilənlərdən arasında 14 yaşlı uşaq və 20 yaşında qadın da olub.  

Eyni zamanda, hesabatda ailələrdən ikisinə ölüm sənədinin verildiyi, yaxınlarının ölüm səbəbi kimi ürək çatışmazlığı göstərildiyi və heç bir ailənin yaxınlarının meyitini ala bilmədiyi müəyyən edilib.  

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində insanların ac saxlanaraq, boğma və yaxın məsafədən atəş açmaqla öldürüldüyü məlum olub.  

Vüsalə QƏZƏNFƏRQIZI    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI