Modern.az

Milli Qəhrəmanlardan bəhs edən yeni kitabın təqdimatı oldu

Milli Qəhrəmanlardan bəhs edən yeni kitabın təqdimatı oldu

Ədəbiyyat

20 Dekabr 2015, 09:50

Yazıçı-publisist Cəlaləddin Qasımovun Azərbaycanın milli qəhrəmanlarından bəhs edən “Vətən uğrunda vuran ürəklər” adlı kitabının təqdimatı keçirilib.
Modern.az saytı xəbər verir ki, kitabda Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş vətən oğullarının döyüş yolu haqqında materiallar toplanıb.

Tədbirdə kitabın əhəmiyyətindən danışılıb, vətənpərlik ruhunda yazılmış belə nəşrlərin bugünkü və gələcək nəsillər üçün vacibliyi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, “Vətən uğrunda vuran ürəklər” Qarabağ müharibəsində şəhid olanların xatirəsini bir daha əbədiləşdirir.

Kitabda Milli qəhrəmanlar Allahverdi Bağırov, Mübariz İbrahimov, Riyad Əhmədov, “Azərbaycan bayrağı” ordenli İbad Hüseynov və Əhməd Mehbalıyevin göstərdiyi döyüş şücaəti haqqında geniş məlumat verilir.

Tədbirdə çıxış edən müəllif Cəlaləddin Qasımov ərsəyə gətirdiyi kitabın gənclərimiz üçün bir mənəviyyat, təcrübə məktəbi olduğunu bildirib. O, bu cür kitabların Vətən uğrunda fədakarlıq etmiş insanları tanıtmaq üçün önəmli olduğunu qeyd edib. C.Qasımov kitabda haqqında bəhs etdiyi Milli qəhrəmanların döyüş yoluna aid faktları necə əldə etdiyi barədə də məlumat verib. Və qeyd edib ki, kitabda qeyd edilələr təxəyyül məhsulu deyil, məhz gerçək faktlara əsaslanır.

Tədbirdə digər çıxış edənlər belə bir kitab yazıdığına görə müəllifə təşəkkürlərini bildiriblər.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu