
Rusiya öz ərazilərində yaşayan Türkiyə vətəndaşlığına da malik olan çərkəzlərə Türkiyə vətəndaşlığından çıxmaları üçün təzyiq göstərməyə başlayıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, çərkəzlərin simvoluna çevrilən Adnan Khuade 15 gün həbs cəzasına məhkum edilib.
Məlumatda qeyd edilir ki, Türkiyə ilə Rusiya arasında baş verən təyyarə böhranı, Rusiyada yaşayan çərkəzlərə də təsir edib. Rusiya həm Türkiyə, həm də Rusiya vətəndaşlığı olan çərkəzlərə Türkiyə vətəndaşlığından çıxmaları üçün təzyiq həyata keçirməyə başlayıb. Bu çərçivədə isə ikili vətəndaşlıq hüququnu ilk qazanan və çərkəzlər arasında simvol olan Adnan Khuade ilə birlikdə 24 yaşlı qızı Dana Khuade və yanlarında çalışan əməkdaş həbs olunub. Hadisə dekabrın 15-də səhər Rusiyanın tərkibindəki Adigey Respublikasının paytaxtı Maykopta baş verib.
Adnan Khuadenin qızı Danenin işlətdiyi mağazada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məmurları axtarış aparmaq istəyib. Adnan Khuade məmurlardan axtarış sənədi istəyib. Hər hansı bir icazə sənədi olmayan məmurlara arama aparmalarına icazə verməyincə əvvəl nəzarət prosesi tətbiq olunub. Adnan Khuade, qızı Dana və yanlarında çalışan Bor Səidə gecə boyu nəzarətdə saxlanılıb. Ertəsi gün çıxardıqları məhkəmədə polisə qarşı müqavimət göstərdikləri ittihamı ilə 15 gün həbs cəzasına məhkum edilərək Hanskayada yerləşən həbsxanaya göndəriliblər.
Modern.az