Modern.az

Obama Putinə: “Vladimir, gəl bu işi qurtaraq”

Obama Putinə: “Vladimir, gəl bu işi qurtaraq”

Təhsil

20 Dekabr 2015, 15:57

ABŞ prezidenti Barak Obama Nyu-Yorkda BMT Baş Assambleyasında Rusiyanın dövlət başçısı Vladimir Putinə Ukrayna ətrafındakı situasiyanı nizamlanmaq təklifi ilə çıxış edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Mən Nyu-Yorkda Putinlə Obamanın görüşünün şahidi olmuşam. Prezident Obama o zaman Putinə birbaşa dedi: “Vladimir, gəl bu işi qurtaraq. Gəl Ukrayna ətrafındakı münaqişəni qurtaraq. Minsk razılaşmasını həyata keçirin, bunu aydınlaşdırmaqda bizə kömək elə”, - bunu “Rossiya-1” telekanalında “Xəbərlər şənbə günü Sergey Brilyovla” proqramına qonaq olan Kerri deyib.

Kerrinin sözlərinə görə, Vaşinqton Ukrayna hakimiyyəti ilə çox sıx iş aparır və Kiyevə Minsk razılaşmasını yerinə yetirmək üçün təzyiq göstərəcək: “Mənim Avropa məsələləri üzrə köməkçim Viktoriya Nuland dəfələrlə Kiyevdə olub, o, prezident Poroşenko, Ali Rada, müxtəlif vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə sıx işləyir ki, Kiyev hakimiyyəti Donbasın problemləri ilə məşğul olsun”.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi